Bütün xəbərlər
Şahzadə Ketrin kimya terapiyasını başa vurub və tədbirlərdə iştirakını bərpa edəcək
Tarix: 09-09-2024 21:33 | Bölmə: Manşet

Uels şahzadəsi Kate Middleton bu ilin sonuna qədər bəzi ictimai vəzifələrə qayıtmağı planlaşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Xəbər agentliyinin məlumatına görə, Ketrin xərçəngin kimyaterapiyasını uğurla başa vurub. Hazırda onun sağlamlığı üçün heç bir təhlükə yoxdur.
"Şahzadənin iştirakı ilə azaldılmış tədbirlər proqramı gözlənilir", - AP xəbər verir.
Xatırladaq ki, Keyt Middlton qışda qarın boşluğundan planlaşdırılmış əməliyyat zamanı xərçəng xəstəliyinə tutulub. O zamanlar şişin növü ictimaiyyətə açıqlanmırdı.
Müalicəsi zamanı şahzadə yalnız Kral III Çarlzın doğum günü şərəfinə keçirilən paradda iştirak edib. Digər ictimai tədbirlər onun iştirakı olmadan baş verib.


Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər