Bütün xəbərlər
Lavrov Ər-Riyadda Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşüb
Tarix: 09-09-2024 13:13 | Bölmə: Manşet

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan və Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim əl-Budeivi ilə görüşündə ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Lavrov Rusiya Federasiyası ilə Körfəz ölkələri arasında dialoqun aktuallığını vurğulayaraq, Körfəz ölkələri ilə iqtisadi, ticarət və texnoloji sahələrdə əlaqələrin genişləndirilməsinin Rusiya tərəfi üçün mühüm prioritet olduğunu bildirib.
KƏŞ-in baş katibi öz növbəsində Rusiyanın xarici işlər naziri ilə bir sıra məsələləri, xüsusən də Körfəz ölkələri ilə Rusiya Federasiyası arasında əlaqələrin təşviqi ilə bağlı müzakirələrə hazır olduğunu bildirib.
Körfəz Əməkdaşlıq Şurasına Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı daxildir.



Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər