Bütün xəbərlər
Tramp Rusiyanın ABŞ seçkilərinə müdaxilə edə biləcəyinə inanmır
Tarix: 08-09-2024 13:08 | Bölmə: Manşet

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ Ədliyyə Nazirliyinin Rusiyanın Amerika seçkilərinə iddia edilən müdaxilə cəhdləri ilə bağlı tapıntılarını təkzib edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Viskonsin ştatında keçirilən mitinqdə deyib: "Üç gün əvvəl yenidən başladı. Ədliyyə Departamenti dedi ki, Rusiya yenidən bizim seçkilərə qarışa bilər. Və bilirsiniz ki, bu dəfə bütün dünya onlara güldü".
Bundan əvvəl ABŞ Ədliyyə Departamenti Rusiyanın 32 internet domenini bloklayıb, səlahiyyətlilərə görə, ABŞ prezident seçkilərinin nəticələrinə təsir etmək üçün istifadə oluna bilər. Nəticədə Amerika RT-nin iki əməkdaşına qarşı ittiham irəli sürüb. Rusiyada ittihamlar qanunsuz hesab edilib. Xarici İşlər Nazirliyi vurğulayıb ki, Kremlin dünyanın heç bir ölkəsində, o cümlədən ABŞ-da seçkilərə təsir etmək məqsədi yoxdur.
Avqustun sonunda Donald Tramp Pensilvaniyada tərəfdarları qarşısında çıxış edərək Rusiya ilə yaxşı münasibətlər qurmağın düzgün yanaşma olduğunu bildirib.
Ötən çərşənbə günü ABŞ Maliyyə Nazirliyi “Rossiya Seqodnya” media qrupuna və onun törəmə şirkətlərinə, o cümlədən RİA Novosti, RT, Sputnik və Ruptly-yə qarşı sanksiyalar elan edib.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər