Bütün xəbərlər
Medvedev: "Tramp başa düşür ki, Rusiyaya qarşı sanksiyalar dolların dominantlığına zərər verir"
Tarix: 07-09-2024 13:14 | Bölmə: Manşet

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidentliyinə namizəd Donald Trampın Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı bəyanatını şərh edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun fikrincə, Tramp ABŞ-ın “indiki administrasiyasından inciyib”.
“Tramp bir iş adamı kimi başa düşür ki, sanksiyalar dünyada dolların hökmranlığına zərər verir, lakin ABŞ-da inqilab təşkil etmək və daha güclü olan bədnam dərin dövlətin anti-Rusiya xəttinə qarşı getmək üçün kifayət deyil".Medvedev Telegram kanalında yazıb.
Medvedev qeyd edib ki, Tramp sistem xarakterlidir. Siyasətçi onu ekstravaqant və narsist, eyni zamanda praqmatik adlandırıb.
Qeyd edək ki, bir müddət əvvəl Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp prezident seçiləcəyi təqdirdə Rusiyadan sanksiyaları ləğv edəcəyini bildirmişdi. O, həmçinin dolları zəiflətdiyi üçün sanksiyalardan mümkün qədər az istifadə etmək niyyətində olduğunu açıqlayıb.


Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər