Bütün xəbərlər
Peskov: "Putin yaxın gələcəkdə xaricə səfər etməyəcək"
Tarix: 07-09-2024 12:12 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin yaxın gələcəkdə xaricə səfər etməyi planlaşdırmır, dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
"Yaxın gələcəkdə heç bir plan yoxdur" -TASS-a deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əlavə, hazırda Rusiya liderinin başqa ölkələrə növbəti səfərinin dəqiq nə vaxt baş tutacağı barədə məlumat yoxdur, Kreml rəsmisi əlavə edib.
Sentyabrın 2-3-də Vladimir Putin Monqolustanda rəsmi səfərdə olub. Bundan əlavə, ötən yay o, daha dörd beynəlxalq səfər edib: avqustda Azərbaycana, iyulda Qazaxıstana, iyunda Şimali Koreyaya və Vyetnama.





Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər