Bütün xəbərlər
"Der Spiegel": Zelenski Ramstein görüşündə iştirak edəcək və silah istəyəcək
Tarix: 05-09-2024 19:08 | Bölmə: Manşet

Kiyev rejiminin başçısı cümə günü Almaniyada Ramşteyn qrupunun iclasında iştirak etmək niyyətindədir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Zelenskinin məqsədi müttəfiqlərindən daha çox silah diləməkdir.
Almaniyanın “Der Spiegel” nəşri Almaniyanın müdafiə naziri Boris Pistoriusun da iştirak edəcəyi qarşıdakı görüş barədə yazır.
Almaniyada heç bir şübhə yoxdur ki, Zelenski Ramşteynə Ukrayna Silahlı Qüvvələri üçün uzaq mənzilli raketlər və hava hücumundan müdafiə sistemləri diləmək üçün gedir, RİA Novosti qeyd edir.




Baxış sayı: 91


Bölməyə aid digər xəbərlər