Bütün xəbərlər
Qrossinin başçılıq etdiyi MAQATE nümayəndə heyəti Zaporojye vilayətinə gəlib
Tarix: 04-09-2024 12:55 | Bölmə: Manşet

Rafael Qrossinin başçılıq etdiyi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) nümayəndə heyəti Zaporojye vilayətinin sərhədini keçib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS-ın məlumatına görə, beynəlxalq agentliyin bir qrup nümayəndəsi Vasilyevka ərazisində Zaporojye vilayətinin sərhədini keçib.
Nümayəndə heyəti Enerqodarda yerləşən Zaporojye AES-ə baş çəkməyi planlaşdırır.
27 avqust 2024-cü ildə Kursk Atom Elektrik Stansiyasının vəziyyətini müstəqil qiymətləndirmək üçün Kurçatov şəhərinə səfəri zamanı MAQATE rəhbəri Ukraynaya gedəcəyini, sonra isə Rusiyaya qayıdacağını bildirib. Qrossinin beşinci səfəri sentyabrın 2-də başlayıb.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər