Bütün xəbərlər
İrlandiyanın baş naziri Ukraynaya dəstək sazişi imzalamaq üçün Kiyevə gəlib
Tarix: 04-09-2024 12:20 | Bölmə: Manşet

İrlandiyanın baş naziri Saymon Harris Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Simon Harris və Vladimir Zelenski İrlandiya və Ukrayna arasında dəstək və əməkdaşlıq haqqında saziş imzalayacaqlar", - İrlandiya hökumətinin saytında dərc edilən bəyanatda deyilir.
Tərəflərin Ukrayna münaqişəsi, Aİ-nin Kiyevə dəstəyi, eləcə də dövlətlər arasında ikitərəfli münasibətlər mövzularına toxunacağı planlaşdırılır.
Qeyd olunur ki, səfər zamanı Harrisin Ukraynaya 36 milyon avro məbləğində yeni maliyyə yardımı paketini açıqlayacağı ehtimal edilir.


Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər