18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
Xarici İşlər Nazirliyi: Rusiya Federasiyasının sərhədləri yaxınlığında NATO-nun hərbi potensialının gücləndirilməsi təxribat xarakterlidir
Tarix: 01-09-2024 14:42 | Bölmə: Manşet

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi NATO-ya üzv ölkələrin Rusiya sərhədləri yaxınlığında hərbi potensialının gücləndirilməsini təxribat adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi Litvada hərbi baza tikintisi ilə bağlı yayılan xəbərləri belə şərh edib. 2027-ci ilə qədər orada dörd min Bundesver əsgərinin yerləşdirilməsi planlaşdırılır.
Nazirlikdən RİA Novosti-yə verilən məlumata görə, “NATO və ona üzv ölkələrin Rusiya sərhədləri yaxınlığında fəallığının və hərbi potensialının artması təxribat xarakterlidir”.
Departament onu da qeyd edib ki, bu, Almaniya hərbi briqadasının Litva ərazisində planlaşdırılan yerləşdirilməsinə də aiddir, bunun üçün hərbi bazaların tikintisinə başlanılıb.


Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər