18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
Bayden amerikalı girovun ölümünə görə Həmasdan qisas alacağına söz verib
Tarix: 01-09-2024 11:34 | Bölmə: Manşet

Amerika administrasiyası ABŞ və İsrail vətəndaşı olan girov Herş Qoldberq-Paulinin ölümü ilə bağlı Fələstinin Həmas hərəkatının liderlərinə qarşı tədbir görəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.
İsrail qüvvələri Qəzza zolağının Rəfah şəhərinin altındakı tuneldə HƏMAS-ın saxladığı altı girov cəsədi tapıb, Bayden Ağ Evin saytında dərc olunan yazılı açıqlamada bildirib. Ölənlərdən biri Amerika-İsrail vətəndaşlığı olan Herş Qoldberq-Paulindir.
"Əmin olun, Həmas liderləri bu cinayətlərin əvəzini ödəyəcəklər. Biz qalan girovların azad edilməsi üçün razılığa gəlmək üçün gecə-gündüz işimizi davam etdirəcəyik", - ABŞ prezidenti bildirib.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Qəzza zolağında keçirilən əməliyyat zamanı 2023-cü ilin oktyabrında Həmas tərəfindən qaçırılan bir neçə girovun cəsədinin tapıldığını bildirmişdi.


Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər