Bütün xəbərlər
Parisdə Makronun istefası tələbi ilə mitinq keçirilib
Tarix: 31-08-2024 20:46 | Bölmə: Manşet

Parisin Denfert-Roşero meydanında Patriotlar partiyasının təşəbbüsü ilə mitinq keçirilib və bir neçə yüz nəfər iştirak edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, etirazçılar Fransa prezidenti Emmanuel Makronun istefasını tələb ediblər.
“RİA Novosti” xəbər verir ki, etirazçılar “Makron istefa ver!”, “Makron, çıx get!”, “Makron, sən bitdin: fransızlar küçələrə çıxdı!” şüarları səsləndiriblər. Mitinq növbədənkənar seçkilərdən 45 gündən çox vaxt keçməsinə baxmayaraq, Fransada yeni hökumətin hələ də formalaşmaması fonunda baş tutub.
Telegram-ın qurucusu Pavel Durovun Parisdə həbsindən sonra bəzi etirazçılar söz azadlığına dəstək şüarları səsləndiriblər. İştirakçılardan biri əlində messencer ikonasının təsviri və “İnformasiya azadlığı, ifadə azadlığı senzuraya yox!” yazısı olan plakat tutub.
Şənbə günü səhər saatlarında solçu “İtaətsiz Fransa” partiyası Emmanuel Makrona qarşı impiçment proseduruna başlayıb. Bu barədə bu partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano məlumat verib.
Makronu hakimiyyətdən uzaqlaşdırmaq üçün qərarı hər iki palatanın 925 deputatından ən azı 617-si dəstəkləməlidir.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər