Bütün xəbərlər
Tramp: "Nüvə silahları dünyanın əsas problemidir"
Tarix: 30-08-2024 09:08 | Bölmə: Manşet

Nüvə silahı ABŞ-ın və bütün dünyanın əsas problemidir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, heç vaxt istifadə edilməməsi üçün diqqətli olmaq lazımdır, Donald Tramp bildirib.
Viskonsin ştatında tərəfdarları qarşısında çıxış edən Respublikaçı prezidentliyə namizəd xatırladıb ki, nüvə silahı dağıdıcı qüvvədir və onun bənzəri indiyədək görülməmişdir.
“Biz əmin olmalıyıq ki, ondan heç vaxt istifadə olunmur”, - Tramp bildirib.
Amerika Birləşmiş Ştatları başqa bir dövlətə qarşı atom silahından istifadə edən yeganə ölkə olaraq qalır, RİA Novosti xatırladır.
Digər ölkələrin nüvə arsenallarından danışan Tramp qeyd edib ki, yaxın 4-5 il ərzində Çin “ABŞ-ı tuta” biləcək.


Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər