Bütün xəbərlər
Borrell: "Ukraynaya yeni hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsi asan olmayacaq"
Tarix: 29-08-2024 11:31 | Bölmə: Manşet

Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Josep Borrell bildirib ki, yeni hava hücumundan müdafiə sistemlərini gecikdirmədən Kiyevə ötürmək asan olmayacaq, lakin Brüssel ittifaq üzvlərini təchizat vədlərini yerinə yetirməyə məcbur edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Borrell bu barədə Aİ xarici işlər nazirlərinin əsas mövzusunun Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü olacaq qeyri-rəsmi görüşündən əvvəl bildirib. O, görüşə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba ilə birlikdə gəlib.
"Vədlər vermək bir şeydir, vədləri gecikdirmədən yerinə yetirmək başqa şeydir, bu o qədər də asan deyil, ona görə də mən Aİ ölkələrinə, xüsusən də hava hücumundan müdafiə sahəsində vədlərini yerinə yetirmək üçün fəal şəkildə təzyiq göstərəcəyəm"-Borrell deyib.


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər