Bütün xəbərlər
Kovalçuk: "Rusiya müstəqildir, çünki nüvə silahına malikdir"
Tarix: 29-08-2024 10:11 | Bölmə: Manşet

“Rossiya 1” telekanalına eksklüziv müsahibəsində Kurçatov İnstitutunun Tədqiqat Mərkəzinin prezidenti Mixail Kovalçuk deyib ki, nüvə silahı düşmənləri qorxutmaq və çəkindirmək üçün lazımdır, istifadə üçün deyil.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun qeyd etdiyinə görə, Rusiyaya müstəqilliyini qoruyub saxlamağa kömək edən nüvə silahıdır.
“Sən və mən bir şeyi başa düşməliyik ki, onlar bizi məhv etmək istəyirlər Bizim nüvə silahımız var”, Kovalçuk əmindir.
Kurçatov İnstitutunun prezidenti onu da vurğulayıb ki, bu gün Rusiya dünyanın ən güclü nüvə triadasına malikdir və bunun sayəsində beynəlxalq arenada özünü inamlı hiss edir.



Baxış sayı: 207


Bölməyə aid digər xəbərlər