Bütün xəbərlər
Pakistan Mişustinin səfərini və oktyabrın ortalarında ŞƏT-in iclasında iştirakını gözləyir
Tarix: 26-08-2024 10:47 | Bölmə: Manşet

Pakistan Rusiyanın baş naziri Mixail Mişustinin səfərini, eləcə də onun oktyabrın ortalarında ŞƏT-ə üzv dövlətlərin Hökumət Başçıları Şurasının iclasında iştirakını gözləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu RİA Novosti agentliyinə müsahibəsində Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Bəluç deyib. Onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Hökumət Başçıları Şurasının növbəti iclası bu il oktyabrın ortalarında keçiriləcək. ŞƏT-ə üzv ölkələrin hökumət başçılarına dəvətlər göndərilib. İslamabad təşkilatın bütün üzvlərinin bu toplantıda iştirakını gözləyir.
Mümtaz Zəhra Bəluç vurğulayıb: “Biz Rusiya baş nazirinin səfərini və şuranın iclasında iştirakını gözləyirik”.



Baxış sayı: 214


Bölməyə aid digər xəbərlər