Bütün xəbərlər
Ərdoğan meşə yanğınlarını söndürən təyyarələrə görə Putinə təşəkkür edib
Tarix: 25-08-2024 23:32 | Bölmə: Manşet

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinə meşə yanğınlarının söndürülməsi üçün "Be-200" amfibiya təyyarəsi verdiyinə görə təşəkkür edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Türkiyə lideri meşə yanğınları mövzusunun qaldırıldığı hökumət iclasından sonra yerli telekanallarda çıxış edib.
“Rusiya Prezidenti cənab Vladimir Putinə təşəkkür edirəm ki, o, bir vaxtlar bizə "Be-200" amfibiya təyyarəsi verdi, bu iki maşın sayəsində biz bu təbii fəlakətin öhdəsindən daha asan gəldik” deyib.
Azərbaycan prezidenti İlham Əliyev də öz ixtiyarında olan iki amfibiya təyyarəsini türkiyəli xilasedicilərə verib. 2024-cü ilin yayında xüsusilə şiddətli olan meşə yanğınlarının söndürülməsində Bakının dəstəyi çox kömək etdi.
Ərdoğan qeyd edib ki, Türkiyə yanğınsöndürmə təyyarələrinin imkanları son illərdə, o cümlədən qonşuların köməyi sayəsində xeyli artıb.



Baxış sayı: 302


Bölməyə aid digər xəbərlər