Bütün xəbərlər
İsrail 48 saatlıq fövqəladə vəziyyət elan edib
Tarix: 25-08-2024 11:03 | Bölmə: Manşet

İsrailin müdafiə naziri fövqəladə vəziyyət elan edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib. Bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, fövqəladə vəziyyət İsrail hərbçilərinin Livanda şiə Hizbullah hərəkatının hədəflərinə qabaqlayıcı zərbələr endirməsindən sonra elan edilib.
Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri Livandakı Hizbullahın silah anbarlarına zərbələr endirib. Livan İsrailin şimalına 50-yə yaxın raket atıb.



Baxış sayı: 227


Bölməyə aid digər xəbərlər