Bütün xəbərlər
6 il əvvəl Jirinovski Pavel Durovu Rusiyaya qayıtmağa çağırmışdı
Tarix: 25-08-2024 11:00 | Bölmə: Manşet

Altı il əvvəl LDPR partiyasının lideri Vladimir Jirinovski Telegram-ın yaradıcısı Pavel Durovu Rusiya Federasiyasına qayıtmağa çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sipyaqin öz Teleqram kanalında altı il əvvəl Jirinovskinin Durovu ad günü münasibətilə təbrik etdiyi və onu vətəninə qayıtmağa çağırdığı video yayımladı. O, müraciətində bildirib ki, Durova yad ölkə tərəfindən qəbul edilmir.
Xatırladaq ki, Pavel Durov Fransa hava limanında saxlanılıb, “Telegram”ın qurucusu terror, narkotik alveri, dələduzluq və çirkli pulların yuyulmasında ittiham oluna bilər, onu 20 ilə qədər həbs gözləyir.
Sipyaqinin qeyd etdiyi kimi, bu, bizim mütəxəssislərin Rusiyada qalmalı olduqlarının bir daha təsdiqidir, orada onlar dəyərli və təhlükəsizdirlər.



Baxış sayı: 231


Bölməyə aid digər xəbərlər