Bütün xəbərlər
20 təyyarə alternativ aerodromlara yönləndirilib
Tarix: 24-08-2024 17:04 | Bölmə: Manşet

Soçidə yerli hava limanı ərazisində müşahidə olunan tufanlı hava və güclü külək səbəbindən iyirmi təyyarə alternativ aerodromlara yola düşüb, bu barədə FAVT-nin mətbuat katibi Artem Korenyako bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, pis hava şəraiti ilə əlaqədar təyyarələr Mineralnıye Vodı, Qroznı, Vladiqafqaz, Elista, Mahaçqala və Stavropolda eniş edib.
"Moskva vaxtı ilə saat 15:30-da tufan cəbhəsi Soçi aerodromunun ərazisini tərk edib, alternativ aerodromlara enən təyyarələr Soçiyə uçmağa başlayıb", - deyə, Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi əlavə edib.
Daha əvvəl bildirilmişdi ki, qatı duman Tümen hava limanında uçuşların kütləvi ləngiməsinə səbəb olub. Moskva və Sankt-Peterburq, Soçi və Surqutdan gələn təyyarələr Roşçinoya xeyli gecikmə ilə gəliblər ki, bu da əlverişsiz hava şəraiti ilə bağlıdır.



Baxış sayı: 232


Bölməyə aid digər xəbərlər