Bütün xəbərlər
Bayden Zelenskiyə zəng edərək onu Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik edib
Tarix: 23-08-2024 23:41 | Bölmə: Manşet

Ağ Evin məlumatına görə, ABŞ prezidenti Co Bayden Kiyev rejiminin başçısı Vladimir Zelenski ilə telefon danışığı aparıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Prezident Bayden Zelenskiyə zəng edərək onu Ukraynanın qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbrik etdi", - Amerika Prezidentinin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi X sosial şəbəkəsində bildirib.
Ağ Evin mətbuat xidməti bildirib ki, söhbətdə Bayden Zelenskini Ukrayna xalqının sarsılmaz dəstəyinə əmin edib və hava hücumundan müdafiə raketləri, pilotsuz uçuş aparatları və tank əleyhinə raketlər, eləcə də sursatların Kiyevə veriləcəyini bildirib.
Qeyd olunur ki, Amerika dövlətinin başçısı ukraynalı həmkarına 400-ə yaxın hüquqi və fiziki şəxsə şamil edilən daha əvvəl elan edilmiş anti-Rusiya sanksiyaları barədə də məlumat verib.



Baxış sayı: 222


Bölməyə aid digər xəbərlər