Bütün xəbərlər
Ukraynaya səfərindən əvvəl Modi Hindistanın Avropada sülhün tərəfdarı olduğuna inandırıb
Tarix: 22-08-2024 12:04 | Bölmə: Manşet

Hindistanın baş naziri Narendra Modi Kiyevə səfərindən əvvəl dünya ictimaiyyətini bəşəriyyətin üzləşdiyi problemlər qarşısında birliyə çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Modinin qeyd etdiyinə görə, Hindistan Buddanın ənənələrinə əməl edərək “müharibə deyil, sülhə inanır” və Avropada sülhün tərəfdarı olaraq qalır. Hindustan Times-ın xəbərinə görə, baş nazir qlobal təhlükələri aradan qaldırmaq üçün diplomatiya və dialoqun vacibliyini vurğulayıb.
Cümə günü Modi Ukrayna prezidenti Vladimir Zelenskinin dəvəti ilə Kiyevə səfər etməyi planlaşdırır. Bundan əvvəl Hindistan liderinin iyulun 8-9-da Rusiyaya rəsmi səfəri zamanı sülh nizamlanması da müzakirə mövzusu olub. Bununla belə, Zelenski Modinin Vladimir Putinlə görüşündən narazılığını bildirib və bunu “sülh səylərinə zərbə” adlandırıb.





Baxış sayı: 207


Bölməyə aid digər xəbərlər