Bütün xəbərlər
Maia Sandu cümə axşamı rəsmi olaraq prezidentliyə namizəd kimi irəli sürüləcək
Tarix: 21-08-2024 23:15 | Bölmə: Manşet


Moldovanın hakim Qərbyönümlü Fəaliyyət və Həmrəylik partiyası cümə axşamı günü Moldovanın hazırkı lideri Maia Sandunu rəsmi olaraq prezidentliyə namizəd kimi irəli sürmək niyyətindədir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, oktyabrın 20-də Moldovada prezident seçkiləri təyin edilib, eyni zamanda ölkənin Aİ-yə daxil olması ilə bağlı referendum keçiriləcək. Çərşənbə günü Moldova Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizədlərin və referendum iştirakçılarının qeydiyyatı başlayıb.
Hakim siyasi qüvvə “Hərəkət və Həmrəylik” cümə axşamı Sandu-nun namizəd kimi irəli sürülməsi və imza toplamaq üçün təşəbbüs qrupunun yaradılması məsələsi ilə bağlı iclas təyin edib.
Bundan əvvəl Moldova Mərkəzi Seçki Komissiyası müxalifətdəki “Pobeda” blokunun seçkilərdə iştirakla bağlı müraciətini rədd edib. Müxalifət bu qərardan məhkəməyə şikayət edib. Çərşənbə axşamı, təşəbbüs qruplarının qeydiyyatı üçün keçmiş baş nazirlər İon Çiku, Vasili Tarlev, həmçinin Qaqauziyanın keçmiş rəhbəri İrina Vlah da daxil olmaqla yeddi siyasətçi tərəfindən müraciət edilib. Təşəbbüs qrupları sentyabrın 20-dək 15 mindən 25 minədək imza toplayıb MSK-ya təqdim etməlidirlər.
Sandu 2020-ci ildən Moldovanın prezidenti vəzifəsində çalışır. Prezident seçkilərinin ikinci turunda o, o vaxtkı prezident İqor Dodonu məğlub edərək 57%-dən çox səs toplayıb.
İyun ayında Sandu respublikanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanması haqqında fərman imzalayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Sandunun Moldova dilinin adının rumın dili ilə dəyişdirilməsi ilə bağlı siyasəti Hitler Almaniyasında insanların milliyyəti və dili ilə bağlı aparılan təcrübələrlə müqayisə oluna bilər.



Baxış sayı: 273


Bölməyə aid digər xəbərlər