Bütün xəbərlər
Tramp: "Harris seçkidə qalib gəlsə, ABŞ-da 50-60 milyon qeyri-qanuni immiqrant olacaq"
Tarix: 21-08-2024 11:26 | Bölmə: Manşet

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, Kamala Harrisin prezident seçkilərində qalib gələcəyi təqdirdə ölkədə miqrasiya böhranı daha da pisləşəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Kamala onunla sərhədlərin açıq olmasını istəyir, bizim 50-60 milyon insanımız (qeyri-qanuni miqrantlar) olacaq”, - deyə, Donald Tramp bildirib.
O hesab edir ki, ABŞ-da artıq 20 milyondan çox qeyri-qanuni mühacir var. Trampın sözlərinə görə, onların bir çoxu əvvəllər həbsxanalarda və ruhi xəstəxanalarda saxlanılıb.
"Onların çoxu terrorçudur", - Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti qeyd edib.
Bundan əvvəl bildirilmişdi ki, ABŞ hakimiyyəti ölkədə lazımi sənədlər olmadan yaşayan yüz minlərlə miqrantlara hüquqi status verməyi planlaşdırır.



Baxış sayı: 263


Bölməyə aid digər xəbərlər