Bütün xəbərlər
Harris ABŞ Demokratik Partiyasının qurultayında prezident seçkilərində namizəd kimi təsdiqlənib
Tarix: 21-08-2024 11:21 | Bölmə: Manşet

Kamala Harris qarşıdan gələn prezident seçkilərində Demokratlar Partiyasının dövlət başçısı vəzifəsinə namizəd kimi təsdiq edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Kamala Harris qarşıdan gələn prezident seçkilərində Demokratların namizədi kimi təsdiqlənib. Bu barədə RİA Novosti məlumat yayıb.
Səsvermənin moderatoru "Kamala Harrisin prezidentliyə namizəd kimi rəsmən təsdiqləndiyini bildirməkdən məmnunam" deyib.
Çikaqoda Demokratik Milli Konvensiya keçirilir. Səsvermə bir gün əvvəl Harrisin özünün, eləcə də ABŞ prezidenti Co Baydenin çıxış etdiyi United Center idman arenasında keçirilib.
Bayden Çikaqoda Demokratlar Partiyasının qurultayına gecikdi və səhnədə göz yaşlarına boğuldu.



Baxış sayı: 230


Bölməyə aid digər xəbərlər