Bütün xəbərlər
Moskalkova: "Ukrayna ombudsmanı Kursk vilayətindən olan rus məhbuslara baş çəkib"
Tarix: 20-08-2024 19:36 | Bölmə: Manşet

Ukrayna Ombudsmanı Dmitri Lubinets Kursk vilayətindən olan rusiyalı məhbuslara baş çəkib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyadakı İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova məlumat verib.
Rusiya ombudsmanının sözlərinə görə, ukraynalı həmkarı ona məhbusların videosunu göndərib. Tatyana Moskalkova Kiyevlə dialoqu çətin adlandırıb, lakin o, qarşılıqlı əlaqənin olduğunu vurğulayıb.
“Mənaların ərazisi” forumunda “Beynəlxalq kontekstdə insan hüquqları” sessiyasında İnsan Hüquqları üzrə Müvəkkil Rusiya və Ukrayna arasında sazişlərdən danışıb. Belə ki, Moskalkova və Lubinets eyni vaxtda ukraynalı və rusiyalı hərbi əsirlərə baş çəkəcəklər.
Bundan əvvəl "Fanancial Times" xəbər vermişdi ki, guya Rusiya və Ukrayna Kursk vilayətində əsir götürülmüş əsirlərin mübadiləsi ilə bağlı danışıqlara başlayıb.



Baxış sayı: 221


Bölməyə aid digər xəbərlər