Bütün xəbərlər
Lukaşenko: "Danışıqlara başlanmasa, Ukrayna məhv olacaq"
Tarix: 18-08-2024 19:34 | Bölmə: Manşet

Kiyev Moskva ilə danışıqlara başlamasa, Ukraynanı məhv olacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri Belarusun rəhbəri Aleksandr Lukaşenko “Rossiya” telekanalına müsahibəsində deyib.
“Biz danışıqlar masasına oturub məsələləri müzakirə etməliyik, amma bu, Kurskdakı kimi baş verərsə, bu, Ukraynanın məhvi ilə nəticələnəcək”.
Belarus prezidenti həmçinin bildirib ki, Kiyev Rusiyanı nüvə silahından istifadə etməyə sövq etmək üçün Kursk vilayətini işğal etmək qərarına gəlib.
Aleksandr Lukaşenko ilə tam müsahibəyə “Böyük xəbərlər saat 20.00” verilişinin bazar buraxılışında baxın.



Baxış sayı: 223


Bölməyə aid digər xəbərlər