Bütün xəbərlər
MAQATE: Qrossi Kursk AES-ə getməyə hazırdır
Tarix: 17-08-2024 19:35 | Bölmə: Manşet

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi hərbi əməliyyatların yaxınlığını nəzərə alaraq Kursk atom elektrik stansiyasına baş çəkməyə hazırdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, həmçinin Kursk və Zaporojye atom elektrik stansiyalarının təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib, RİA Novosti yazır.
Xatırladaq ki, avqustun 17-də MAQATE rəhbəri “Rosatom”un rəhbəri Aleksey Lixaçevlə danışıqlar aparıb. Kursk AES-in ərazisində vəziyyət pisləşməkdə davam edir, Lixaçev bildirib və Qrossini yaxın gələcəkdə stansiyaya gəlməyə dəvət edib.
Bundan əvvəl Kiyev rejiminin nüvə obyektlərində təxribat hazırlaması ilə bağlı məlumatlar yayılıb ki, onları atəşə tutmaqda Rusiyanı günahlandırsın. Rusiya Müdafiə Nazirliyi, öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin atom elektrik stansiyalarına hücum olacağı təqdirdə dərhal və sərt cavab alacağı ilə bağlı xəbərdarlıq edib.



Baxış sayı: 235


Bölməyə aid digər xəbərlər