Bütün xəbərlər
Putin Azərbaycanda dövlət səfərində olacaq
Tarix: 16-08-2024 16:55 | Bölmə: Manşet


Rusiya prezidenti Vladimir Putin Azərbaycana dövlət səfəri edəcək. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kremlin teleqram kanalının məlumatına görə, səfər avqustun 18-19-na planlaşdırılıb.
Moskva və Bakı ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı məsələlərini müzakirə edəcəklər. Danışıqlar zamanı həmçinin aktual beynəlxalq və regional məsələlərə də toxunulacaq.
Səfərin yekunlarına əsasən dövlət başçılarının birgə bəyanatının qəbul ediləcəyi planlaşdırılır. Hökumətlərarası və digər sənədlər də imzalanacaq.
Avqustun 6-da Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu arasında görüş olub.



Baxış sayı: 237


Bölməyə aid digər xəbərlər