Bütün xəbərlər
Zelenski Radaya Ukraynanın BCM-nin Roma Əsasnaməsinin ratifikasiyasına dair qanun layihəsini təqdim edib
Tarix: 16-08-2024 06:54 | Bölmə: Manşet

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsini Ukrayna Ali Radasına prezident Vladimir Zelenski təqdim edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, izahat qeydində qeyd olunduğuna görə, sənədin məqsədi Ukrayna Cinayət Məcəlləsinin BCM-nin Roma Statutuna uyğunlaşdırılması və ən ağır cinayətlərin, o cümlədən soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin təqibini təmin etməkdir.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusu Beynəlxalq Cinayət Məhkəməsini yaradan beynəlxalq müqavilədir. Sənədi 137 ölkə imzalayıb və 124 ölkə ratifikasiya edib.
Avqustun 8-də bir qrup rusiyalı fəal Vladimir Zelenskinin, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının və Ukraynanın keçmiş müdafiə naziri Aleksey Reznikovun məsuliyyətə cəlb edilməsini tələb edərək BCM-ə müraciət edib.
Müraciətin mətnində Ukrayna Silahlı Qüvvələrinin mülki şəxslərə qarşı silahdan istifadə etdiyi bildirilir. Xüsusilə, DXR-də səkkiz uşaq bağçası və məktəblərin atəşə tutulması faktı qeydə alınıb.



Baxış sayı: 209


Bölməyə aid digər xəbərlər