Bütün xəbərlər
ABŞ milli futbol komandasına "Çelsi"nin və PSJ-nin keçmiş baş məşqçisi Poçettino rəhbərlik edəcək
Tarix: 15-08-2024 13:16 | Bölmə: Manşet

İngiltərənin "Çelsi"sinin və Fransanın "Paris Sen-Jermen" klubunun keçmiş baş məşqçisi Maurisio Poçettino ABŞ milli futbol komandasına rəhbərlik etmək təklifinə razılaşıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "The Athletic" yazır. Bu postda 52 yaşlı argentinalı ev Amerika Kubokunda uğursuz çıxışından sonra istefa verən Qreq Berhalteri əvəz edəcək.
Poçettino son iş yeri may ayında tərk etdiyi "Çelsi" olub. Argentinalının rəhbərliyi altında londonlular bütün turnirlərdə 27 qələbə qazanıb, 14 məğlubiyyət alıb və 10 dəfə heç-heçə edib.
Mütəxəssis daha əvvəl Çempionlar Liqasının finalına yüksəldiyi "Espanyol", PSJ, "Sauthempton" və "Tottenham"a da rəhbərlik edib.



Baxış sayı: 217


Bölməyə aid digər xəbərlər