Bütün xəbərlər
NYT: ABŞ-a görə, İsrail Qəzzada bütün hərbi məqsədlərinə artıq nail olub
Tarix: 15-08-2024 13:14 | Bölmə: Manşet

İsrail, ABŞ-ın hesablamalarına görə, Qəzza zolağında bütün hərbi məqsədlərinə artıq nail olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “The New York Times” Amerika rəsmilərinə istinadən yazır.
Belə ki, ABŞ rəsmilərinin fikrincə, İsraildən davam edən hücumlar yalnız mülki şəxslər üçün riskləri artıracaq və HƏMAS qruplaşmasının daha da zəiflədilməsi ehtimalı azalıb.
"İsrail ordusu HƏMAS-ı əhəmiyyətli dərəcədə məğlub etdi, lakin heç vaxt qrupu tamamilə məhv edə bilməyəcək", - nəşr bildirib.
İsrailin hərbi əməliyyatı HƏMAS-a ötən ilin oktyabrında münaqişənin başlanğıcında gözləniləndən xeyli çox ziyan vurub. Mənbələr "The New York Times"-ə bildiriblər ki, hazırda İsrail ordusu Qəzza zolağında sərbəst hərəkət edir.
Bundan əvvəl ABŞ, Qətər və Misir liderləri İsrail və HƏMAS-ı atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqları bərpa etməyə çağırıblar.



Baxış sayı: 219


Bölməyə aid digər xəbərlər