Bütün xəbərlər
Putin Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib
Tarix: 14-08-2024 10:49 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin Pakistanın Müstəqillik Günü münasibətilə Pakistan prezidenti Asif Əli Zərdari və baş nazir Şahbaz Şərifə təbrik məktubu göndərib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kremlin saytında dərc olunan teleqramda Putin Rusiya ilə Pakistan arasında münasibətlərin dost olduğunu qeyd edib.
Rusiya Prezidenti iki ölkə arasında konstruktiv əməkdaşlığın hər iki ölkənin xalqlarının mənafeyinə uyğun olaraq bundan sonra da uğurla inkişaf edəcəyinə, beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin olunmasına kömək edəcəyinə əmin olduğunu bildirib.
Sonda Putin Pakistan rəhbərliyinə cansağlığı və uğurlar, xalqına isə sülh və firavanlıq arzulayıb.



Baxış sayı: 247


Bölməyə aid digər xəbərlər