Bütün xəbərlər
Abbas Putinə deyib ki, Fələstin Rusiyanın dəstəyinə ümid edir
Tarix: 13-08-2024 17:10 | Bölmə: Manşet

Fələstin lideri Mahmud Abbas Rusiyanın dəstəyinə ümid edir, bu barədə o, Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya və Fələstin rəhbərləri arasında keçirilən görüşdə Abbas Putinə Rusiya Federasiyasına güvəndiyini və onun dəstəyinə arxalandığını bildirib. Abbas qeyd edib ki, Rusiya Fələstin xalqının ən əziz dostlarından biridir. O, həmçinin fələstinlilərin gələcəkdə öz dövlətlərini tapacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, Fələstinin rəhbəri hazırda Rusiyadadır, ölkə liderləri Moskva yaxınlığındakı Novo-Oqarevoda danışıqlar aparır.



Baxış sayı: 236


Bölməyə aid digər xəbərlər