Bütün xəbərlər
Fələstin prezidenti Moskvaya gəlib
Tarix: 12-08-2024 20:54 | Bölmə: Manşet

Fələstin prezidenti Mahmud Abbas Moskvaya gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, orada onun Rusiya lideri Vladimir Putinlə görüşü nəzərdə tutulub.
Bu, Abbasın Moskvaya 21-ci səfəridir. RİA Novosti-nin məlumatına görə, onu təyyarənin pilləkənlərində Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini, prezidentin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov qarşılayıb.
Fələstin liderinin səfəri üç gün davam edəcək. Onun Vladimir Putinlə görüşü avqustun 13-nə planlaşdırılıb. Gözlənilir ki, danışıqlar zamanı liderlər ikitərəfli əməkdaşlıq məsələlərini və Fələstin-İsrail münaqişəsinin həlli problemini, o cümlədən Qəzzadakı vəziyyəti müzakirə edəcəklər.
Bundan əvvəl Fələstinin Rusiya Federasiyasındakı səfiri Əbdül Hafiz Nofəl işarə etmişdi ki, Rusiya onun dövlətinə yaxın ölkədir, ona görə də onunla məsləhətləşmək lazımdır.



Baxış sayı: 220


Bölməyə aid digər xəbərlər