Bütün xəbərlər
Lukaşenko Ukrayna ilə sərhəddəki “problemləri” şəxsən həll etmək niyyətindədir
Tarix: 10-08-2024 17:23 | Bölmə: Manşet

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə sərhəddə yaranmış problemlərlə şəxsən məşğul olmaq niyyətində olduğunu açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ötən gecə Belarusun hava hücumundan müdafiə sistemləri ölkənin hava məkanını pozan bir neçə Ukrayna pilotsuz təyyarəsini vurub. Pilotsuz təyyarələrin bəziləri də Rusiya hərbçiləri tərəfindən Rusiya ərazisində məhv edilib.
Lukaşenko Ukraynanın bu hərəkətlərini təxribat adlandırıb və belə hadisələrin cavabsız qalmayacağını vurğulayıb. Bununla bağlı o, həmçinin Belarusun cənub sərhədlərində, xüsusilə Qomel və Mozır taktiki istiqamətlərində qoşun qruplaşmasının gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.
Lukaşenko Şklovski rayonunun Qorodişe kənd təsərrüfatı şəhərciyinin sakinləri ilə söhbəti zamanı ölkədə sülhün qorunmasının vacibliyini vurğulayıb və mövcud problemlərlə şəxsən məşğul olmaq niyyətində olduğunu bildirib.
“Mən sabah orada olmalı və bu problemlərlə məşğul olmalıyam” deyən Belarus lideri, onun sözlərini “SB.Belarus Segodnya” nəşri sitat gətirib.
O, həmçinin hər kəsin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, onun prezident kimi əsas vəzifəsi ölkədə münaqişənin qarşısını almaqdır.
“Biz Belarusu müharibədən xilas etməliyik və problemlərimizlə sakit şəkildə məşğul olmalıyıq”, - Lukaşenko bildirib.


Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər