Bütün xəbərlər
Xarici İşlər Nazirliyi: Rusiya və Çin kosmosda təhlükəsizliyi təmin etmək üçün səylərini artırırlar
Tarix: 08-08-2024 23:11 | Bölmə: Manşet

Rusiya və Çin Xarici İşlər nazirlikləri cümə axşamı, avqustun 8-də Moskvada müvafiq idarələrin iştirakı ilə sülh və kosmos məsələləri üzrə məsləhətləşmələr keçiriblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “kosmosun dinc məqsədlərlə istifadəsi və tədqiqi, habelə kosmik fəaliyyətin uzunmüddətli dayanıqlığının və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi Çin Xarici İşlər Nazirliyi ilə bu sahədə həm ikitərəfli formatda, həm də ixtisaslaşmış çoxtərəfli platformalarda koordinasiyanı gücləndirmək üçün razılığa gəldiklərini vurğulayıb.
Bundan əvvəl Çin və Rusiyadan olan yüzdən çox danışıqlarçı kənd təsərrüfatı məhsullarının emalı və mədəni əməkdaşlıq sahəsində birgə layihələri müzakirə ediblər.


Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər