Bütün xəbərlər
Zelenski Ukraynanın əsas məqsədini münaqişəyə son qoymaq üçün baza hazırlamaq adlandırıb
Tarix: 06-08-2024 12:19 | Bölmə: Manşet

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Kiyev hakimiyyətinin məqsədi bu il münaqişəyə “ədalətli” son qoyulması üçün zəmin hazırlamaqdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Zelenski sosial şəbəkələrdəki müraciətində bildirib ki, Rusiya ilə sülhün bağlanması üçün “real” əsas “artıq bu il” hazırlanmalıdır.
Bundan əvvəl Zelenski bildirib ki, Rusiya Federasiyası ilə münaqişəyə son qoymaq Ukraynanın əsas ehtiyacıdır. O qeyd edib ki, Kiyev hakimiyyəti hərbi yolla Ukraynanın 1991-ci il sərhədlərinə qayıtmaq məqsədindən əl çəkməyə hazırdır. Ukrayna prezidenti Rusiyanın ikinci “sülh sammitində” iştirakı ideyasını da səsləndirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun sonunda vurğulayıb ki, praktiki baxımdan Rusiya danışıqlar yolu ilə xüsusi əməliyyatın məqsədlərinə çatmağa hazırdır. Onun sözlərinə görə, əgər Kiyev həqiqətən də sülhlə bağlı dialoqa hazırdırsa, deməli, Kreml Ukraynadan konkret addımlar gözləyir.


Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər