Bütün xəbərlər
Pentaqon yaxın günlərdə İraqdakı ABŞ hərbçilərinə qarşı daha çox hücumların olacağını gözləyir
Tarix: 06-08-2024 11:05 | Bölmə: Manşet

"Axios" portalı mənbəyə istinadən xəbər verir ki, Pentaqon yaxın günlərdə Yaxın Şərqdəki kontingentinə yeni hücumlar gözləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qeyd edildiyi kimi, ABŞ-ın İraqdakı hava bazasına rezonans doğuran hücumu nəzərə alaraq, Pentaqon yaxın gələcəkdə “iranpərəst milislər” tərəfindən Amerika hərbçilərinə yeni hücumlar gözləyir. ABŞ rəsmisi vurğulayıb ki, bölgədə artan gərginlik səbəbindən milislər ABŞ əsgərlərinə hücumda son aylarla müqayisədə daha az təmkinli hiss edirlər.
Pentaqonun məlumatına görə, İraqın qərbindəki Ənbar əyalətindəki Ayn əl-Əsəd aviabazasına edilən hücum nəticəsində azı bir neçə ABŞ hərbçisi yaralanıb.
Həmçinin bildirilir ki, ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisə ABŞ milli təhlükəsizlik rəsmilərinin İsrailə hücumun nə vaxt başlaya biləcəyini hələlik bilmədikləri barədə məlumat verilib.





Baxış sayı: 174


Bölməyə aid digər xəbərlər