Bütün xəbərlər
Senator Savelyev biznes tərəfdaşının qətlinə görə 10 milyon rubl ödəyib
Tarix: 04-08-2024 12:08 | Bölmə: Manşet

Senator Dmitri Savelyev biznes ortağı Sergey İonovun qətlinə xərclədiyindən 10 dəfə çox pul ödəyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının TASS-a verdiyi məlumata görə, İonov Savelyevin həmtəsisçisi olduğu Optomonitorinq şirkətindən 1,6 milyon rubl mənimsəməkdə günahını etiraf edib, o, dəymiş ziyanı qismən ödəyib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Amma buna baxmayaraq, senator iş ortağını bağışlaya bilməyib və onun qətlini sifariş etmək qərarına gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları aydınlaşdırıblar ki, Savelyev qətlə görə təqribən 10 milyon rubl ödəyib ki, bu da dəymiş ziyanın qismən ödənilməsi nəzərə alınmaqla mənimsəmənin məbləğindən demək olar ki, 10 dəfə çoxdur.
Əvvəllər həbs edilən senatorun Moskvanın mərkəzində dəyəri 240 milyon rublu ötmüş elit mənzildə yaşadığı bildirilirdi.


Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər