Bütün xəbərlər
İsrail HƏMAS liderinin öldürülməsinə görə məsuliyyəti rədd edir
Tarix: 31-07-2024 16:37 | Bölmə: Manşet

İsrail Müdafiə Qüvvələri HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə görə məsuliyyəti üzərinə götürməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İDF-nin rəsmi nümayəndəsi Anna Ukolova bildirib.
Xatırladaq ki, Fələstin hərəkatının Siyasi Bürosunun rəhbəri iyulun 31-də Tehranda qətlə yetirilib. Ehtimallara görə, İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimindən sonra Haniyənin qaldığı iqamətgahı İsrail raketi vurub.
ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonun bu qətldə əli olmadığını bəyan etməyə tələsdi.
İsrailin müdafiə naziri Yoav Qalant öz növbəsində qeyd edib ki, Təl-Əviv müharibə istəmir, lakin hadisələrin istənilən inkişafına hazırdır.



Baxış sayı: 250


Bölməyə aid digər xəbərlər