Bütün xəbərlər
İranın Ali Rəhbəri Haniyənin öldürülməsinə görə İsraili qisas alacağı ilə hədələyib
Tarix: 31-07-2024 13:29 | Bölmə: Manşet

İranın ali dini lideri Əli Xamneyi İsrailin Tehrandakı iqamətgahına endirdiyi zərbə nəticəsində HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə İsraili qisas alacağı ilə hədələyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Xamneyinin vurğuladığına görə, Haniyə həyatını mübarizəyə həsr edib və şəhadəti qəbul etməyə hazırdır, lakin İran onun tökülən qanının qisasını almağı öz vəzifəsi hesab edir. Onun sözlərini IRNA agentliyi sitat gətirib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) həmçinin bildirib ki, İsrail İran və Fələstin müqavimətinin “ağrılı cavabı” ilə üzləşəcək.
İslam İnqilabı Keşikçiləri Korpusunun "Tasnim"ə istinadən verdiyi məlumata görə, bu cinayət cəzasız qalmayacaq və İslami İran və digər müqavimət qüvvələri tərəfindən sərt cavab alacaq.



Baxış sayı: 210


Bölməyə aid digər xəbərlər