Bütün xəbərlər
Maduro Mask və Vaşinqtonu Venesueladakı iğtişaşları maliyyələşdirməkdə ittiham edib
Tarix: 31-07-2024 07:39 | Bölmə: Manşet

Nikolas Maduro hesab edir ki, Venesuelada əvvəlcədən planlaşdırılmış çevriliş cəhdi yaşanır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Nikolas Maduronun hesab etdiyinə görə, prezident seçkilərindən sonra Venesuelanı bürüyən iğtişaşlar “Kolumbiya narkotik ticarəti, Elon Mask və ABŞ hökuməti” tərəfindən maliyyələşdirilib. Bu barədə o, tərəfdarlarına məlumat verib.
“Mən dedim ki, Venesuela dünya güclərinin milli və beynəlxalq təcavüzü ilə üzləşir, indi məlum olur ki, İlon Mask Venesuelanı ələ keçirmək və onu kənardan idarə etmək fikrindədir”, - Maduro bildirib.
Onun sözlərinə görə, ölkədə əvvəlcədən planlaşdırılan dövlət çevrilişi cəhdi yaşanır, RİA Novosti.
Amerikalı sahibkar və milyarder İlon Mask əvvəllər bir sıra nəşrləri Venesueladakı vəziyyətə həsr edib.
Venesuelada prezident seçkiləri iyulun 28-də keçirilib. Onları hazırkı dövlət başçısı Nikolas Maduro qazanıb. Müxalifət səsvermənin nəticələrini tanımayıb. Ölkədə baş verən iğtişaşlar zamanı bir hərbçi həlak olub, onlarla insan yaralanıb.749 nümayişçi saxlanılıb.



Baxış sayı: 212


Bölməyə aid digər xəbərlər