Bütün xəbərlər
İsrail ordusu Hizbullahla qarşıdurmada “istənilən ssenariyə” hazır olduğunu açıqlayıb
Tarix: 31-07-2024 07:31 | Bölmə: Manşet

İsrail ordusu Hizbullahın Livanı və bütün Yaxın Şərqi gərginliyə apardığına inanır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail regionda böyük müharibədən qaçmağa üstünlük verir, lakin istənilən ssenariyə hazırdır. Bunu brifinqdə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Həcəri deyib.
"Hizbullahın davam edən təcavüzü və qeyri-insani hücumları Livan əhalisini və bütün Yaxın Şərqi daha böyük eskalasiyaya sürükləyir. Biz münaqişəni genişmiqyaslı müharibə olmadan həll etməyə üstünlük versək də, İsrail ordusu istənilən ssenariyə tam hazırdır", - Həcəri bildirib.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Beyruta hücum elan etmişdi. İDF iddia edir ki, əməliyyat nəticəsində Hizbullah silahlı qüvvələrinin komandirlərindən biri Fuad Şükr məhv edilib. İsrail ordusunun məlumatına görə, o, hərəkat lideri Həsən Nəsrullahın sağ əli olub.



Baxış sayı: 256


Bölməyə aid digər xəbərlər