Bütün xəbərlər
Peskov: "Rusiya və Venesuela bütün sahələrdə, o cümlədən həssas sahələrdə qarşılıqlı fəaliyyət göstərir"
Tarix: 29-07-2024 14:44 | Bölmə: Manşet

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Venesuela ilə bütün sahələrdə, o cümlədən həssas sahələrdə əməkdaşlığı inkişaf etdirməyə davam edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  “İnterfaks”ın məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Rusiya Federasiyası ilə Venesuela bütün sahələrdə, o cümlədən həssas sahələrdə əlaqələri fəal şəkildə inkişaf etdirir.
Peskovun sözlərinə görə, Rusiya Venesuelanın qarşılıqlı planlarından xəbərdardır, belə əməkdaşlıq hər iki dövlətin maraqlarına cavab verir, ona görə də Rusiya Federasiyası Venesuela ilə münasibətləri hərtərəfli inkişaf etdirəcək.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Nikolas Maduronu yenidən Venesuela rəhbəri seçilməsi münasibətilə təbrik edib.


Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər