Bütün xəbərlər
Bax Parisdə baş verən hadisəyə görə Cənubi Koreya prezidentindən üzr istəyib
Tarix: 27-07-2024 22:58 | Bölmə: Manşet

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax olimpiadanın açılış mərasimində baş vermiş insidentlə bağlı Cənubi Koreya prezidenti Yoon Seok-Yeoldan telefonla üzr istəyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Cənubi Koreya milli komandasının təqdimatı zamanı diktor səhv danışıb və onu Şimali Koreya adlandırıb. Eyni zamanda televiziya verilişində subtitrlər düzgün göstərilib. KXDR ekipajı ilə gəmi Sena boyunca keçərkən diktor heç bir səhvə yol verməyib.
RİA Novosti xəbər verir ki, Seul belə açıq-aşkar hörmətsizlikdən hiddətlənib və BOK-dan dərhal üzr istəməsini tələb edib. Beynəlxalq Olimpiya Komitəsinin kommunikasiyalar üzrə direktoru Mark Adams Cənubi Koreya nümayəndə heyətindən üzr istəməyə tələsdi, lakin bu kifayət etmədi.
Şənbə günü BOK prezidenti Tomas Bax şəxsən Cənubi Koreyanın rəhbərinə zəng edərək bütün Olimpiya hərəkatı adından dərindən üzr istəyib. Problemin insan səhvi olduğu qərara alınıb.
Eyni zamanda Bax Cənubi Koreyanın bu Olimpiadada qazandığı ilk medallar münasibətilə prezident Yoon Seok-Yeol-u təbrik edib. Milli komanda pnevmatik tüfənglə 10 metr məsafədən atıcılıq üzrə qarışıq cütlük yarışında gümüş medal qazanıb.


Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər