14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Harris ABŞ prezidentliyinə namizədliyini irəli sürdükdən sonra TikTok hesabı açıb
Tarix: 26-07-2024 18:00 | Bölmə: Manşet

ABŞ prezidentliyinə namizəd Kamala Harris TikTok sosial şəbəkəsində şəxsi hesab yaradıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Demokrat Partiyasının nümayəndəsi seçki kampaniyası çərçivəsində artıq ilk videosunu dərc edib.
Videoda Harris, "Eşitdim ki, son vaxtlar TikTok tövsiyələrində göründüm, ona görə də burada öz səhifəmi açmağa qərar verdim". Yayımlandığı gündən videoya 5,5 milyon baxış olub və 1,4 milyona yaxın istifadəçi demokrat siyasətçinin səhifəsinə abunə olub.
Maraqlıdır ki, TikTok-da şəxsi hesabın yaradılması ABŞ-da sosial şəbəkəyə mümkün qadağa ilə bağlı imzalanmış qanun layihəsi fonunda həyata keçirilib. Bir gün əvvəl ölkənin hazırkı prezidenti Cozef Bayden sənədi imzalayıb.
Bayden yarışdan kənarlaşdıqdan sonra Harris ABŞ prezident seçkilərinə namizəd kimi irəli sürülüb. Siyasətçi qərarını iyulun 21-də açıqlayıb.


Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər