14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Olimpiada ərəfəsində Fransa dəmir yollarını iflic edən kütləvi hücum
Tarix: 26-07-2024 12:30 | Bölmə: Manşet

Fransa Dəmir Yolları Milli Cəmiyyəti (SNCF) yüksək sürətli qatar şəbəkəsini iflic etməyə yönəlmiş genişmiqyaslı hücum barədə məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Parisdə Olimpiya Oyunlarının açılışı günü və Fransada tətil mövsümünün qızğın vaxtında Atlantik, Şimal və Şərq yüksəksürətli xətlərində dəmiryol relslərinin yaxınlığında üç yanğın qeydə alınıb. Hadisələr xüsusilə Parisin Monparnas stansiyasında qatarların hərəkətini əhəmiyyətli dərəcədə pozub.
Fransanın nəqliyyat naziri Patris Verqrit bildirib ki, bir neçə yüksək sürətli qatar xəttinə qarşı koordinasiyalı hücumlar ötən gecə baş verib və həftənin qalan hissəsi üçün dəmir yolu xidmətlərinə böyük təsir göstərəcək.
SNCF saytında verilən məlumata görə, Montparnas stansiyasındakı fasilələr Ere-et-Luara departamentinin Courtalin bölgəsindəki relslərin yaxınlığında qəsdən yandırma ilə əlaqələndirilir. Şirkət yanğının siqnal qurğularına ziyan vurduğunu izah edib və Paris, Tur və Le Man arasında Atlantik marşrutu üzrə qatarların gecikmələri və ləğvi barədə xəbərdarlıq edib. 30 dəqiqədən bir saatdan çox gecikmələr gözlənilir.
Şimal xəttində, səhər saatlarında Arras şəhəri yaxınlığında baş verən yanğın səhər saat 5:15-dən nəqliyyatın hərəkətini dayandırdı. Şərq yüksək sürətli xəttində, Lotaringiyanın Pagny-sur-Moselle kommunası yaxınlığında yanğın baş verdi və qatarın 45 dəqiqəyə qədər gecikməsinə səbəb oldu.


Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər