14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Dövlət Departamenti: Birləşmiş Ştatlar silahlanma mövzusunda Çinlə dialoqda maraqlıdır
Tarix: 25-07-2024 23:22 | Bölmə: Manşet

ABŞ Çinlə silahlara nəzarət üzrə ikitərəfli dialoqa girməkdə maraqlıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu bəyanatla ABŞ dövlət katibinin silahlara nəzarət, qarşısının alınması və sabitlik üzrə köməkçisi Mallori Stüart çıxış edib.
"Ümid edirik ki, riskləri azaltmaq üçün onlarla dialoqa girə biləcəyik"- o, analitik Karnegi Fondu (Rusiya Federasiyasında xarici agentlər siyahısındadır) tərəfindən təşkil edilən tematik müzakirədə çıxış edərək deyib.
O əlavə edib ki, Birləşmiş Ştatlar və Çin münasibətlərdə sövdələşmə vasitəsi kimi strateji risklərdən istifadə etməyə çalışmadan qarşılıqlı etimad yaratmaq üçün çalışmalıdırlar.
Stüart onu da bildirib ki, Pekin bunun üçün ilkin şərtlər irəli sürməməlidir.
Bundan əvvəl Çin ABŞ-ın Tayvana silah satması ilə bağlı Vaşinqtonla silahlara nəzarət və yayılmaması ilə bağlı məsləhətləşmələri dayandırmışdı.


Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər