14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Moldovada sakinlərin 75%-i hökumətdə korrupsiyanın tüğyan etdiyinə inanır
Tarix: 25-07-2024 23:16 | Bölmə: Manşet


Moldovalıların əksəriyyəti ölkənin hakim partiyasının nümayəndələrinin korrupsiyada əli olduğuna inanır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RİA Novosti yazır. Agentliyin məlumatına görə, Fəaliyyət və Həmrəylik partiyasının sıralarında korrupsiyanın olub-olmaması ilə bağlı suala respondentlərin 75%-i müsbət cavab verib. Respondentlərin 13%-i bunun belə olmadığını, 12%-i isə cavab verməkdə çətinlik çəkib.
Sorğuda 1093 nəfər iştirak edib, onların 71%-i respublika prezidenti Maia Sandu-nun hakim partiyanın işinə birbaşa cavabdeh olduğuna əmindir.
Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moldovada Ukraynanın “Sülhməramlı” saytının analoqunun yaradılması Moldova siyasətinin ukraynalaşdırılması prosesinin davam etdiyini göstərir.


Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər