14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
FTB direktoru Trampın qulağından vurulduğundan şübhələnir
Tarix: 25-07-2024 18:56 | Bölmə: Manşet

Federal Təhqiqatlar Bürosu Donald Trampın Pensilvaniyadakı mitinqdə güllələndiyinə əmin deyil.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə FTB direktoru Kristofer Rey çıxış edib.
Onun fikrincə, eks-prezident güllədən yox, teleprompter parçasından əziyyət çəkə bilərdi. O, Trampın qulağına dəydikdən sonra güllənin başqa yerə dəyə biləcəyini hələ bilmədiklərini etiraf edib və qeyd edib ki, FTB artıq tapılan bütün gilizlər barədə məlumat verib.
Rey bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Ədliyyə Komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı bildirib.
FTB rəhbəri daha əvvəl bildirmişdi ki, Respublikaçılar Partiyasından prezidentliyə namizədə sui-qəsd cəhdi edən 20 yaşlı atıcı Tomas Metyu Kruks daha əvvəl mitinq keçirildiyi ərazini pilotsuz uçan aparatdan istifadə edərək izləyib.


Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər